ABŞ 2022-ci ildə demokratiyanın və iqtisadi sabitliyin möhkəmləndirilməsi üçün Ermənistana 120 milyon dollar qrant ayırıb.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın təqdim etdiyi hesabatda qeyd olunub.
Qriqoryanın sözlərinə görə, qrant Ermənistan-ABŞ əməkdaşlığı çərçivəsində ayrılıb.
Qeyd olunub ki, AB-Ermənistan İqtisadi və İnvestisiya Planı çərçivəsində də 395 milyon avro dəyərində proqramlar təsdiq edilib və ya təsdiqlənmə mərhələsindədir. Bu layihələr Zəngəzur, İrəvan və digər vilayətlərinin inkişafı, kiçik və orta biznesin dəstəklənməsinə yönəldilib.