ABŞ ordusunun sıravi əsgəri Trevis Kinq Şimali Koreya ilə Cənubi Koreya arasındakı sərhədi icazəsiz keçib.
AzerTimes xəbər verir ki, bu barədə “CBS Nyus” məlumat yayıb.
Hərbçinin taleyi hələlik bəlli olmasa da, ABŞ rəsmiləri onun Şimali Koreyada həbsdə olduğunu ehtimal edirlər.
Məlumata görə, həmin şəxs Şimali Koreya ərazisinə qaçmazdan əvvəl gülümsəyib, onu müşayiət edənlər bunun zarafat olduğunu hesab ediblər.
Qaçmamışdan öncə həmin şəxs intizamsızlıq səbəbindən Cənubi Koreyada saxlanılmış və ölkədən çıxarılması planlaşdırılmışdı.