ABŞ ordusunda meymunçiçəyi aşkarlandı

ABŞ ordusunda meymunçiçəyi aşkarlandı

ABŞ ordusunda meymunçiçəyi xəstəliyinə ilk yoluxma halı Amerikanın Almaniyada yerləşən bazasında xidmət edən əsgərdə aşkar edilib.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Avropa Qüvvələrinin Komandanlığı məlumat yayıb.

Hazırda ehtiyat tədbiri olaraq xəstəliyə yoxluxan əsgərlə təmasda olan hərbçilər həkimlər tərəfindən nəzarətdədir.

Qeyd edək ki, hərbçi meymunçiçəyinin Qərbi Afrika variantına yoxulub. Bu isə xəstəliyin nisbətən yüngül və yoluxduruculuq qabiliyyəti zəif növüdür.

Teqlər: