ABŞ ordusunda intiharların sayı artdı – Hesabat

ABŞ ordusunda intiharların sayı artdı – Hesabat

2023-cü ildə 500-dən çox ABŞ hərbi qulluqçusu intihar edib. Bu da 2022-ci illə müqayisədə çoxdur.

AzerTimes xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

“2023-cü ildə 523 hərbi qulluqçu intihar edib ki, bu da əvvəlki illə müqayisədə (493) artım deməkdir”, – məlumatda deyilib.

Qeyd olunur ki, ümumilikdə, hər 100 min hərbçiyə düşən intihar hallarının sayı 9% artıb:

“Hadisələrin əksəriyyətində intihar gənc hərbçilər tərəfindən törədilib”.

Teqlər: