ABŞ ordusuna əmr verildi

ABŞ komandanlığı ölkə ordusunun 82-ci Hava Desant Diviziyasının komandanına və onun zabitlərinə Yaxın Şərqə yollanmaq əmri verib.

AzerTimes bu barədə “Fox News” telekanalına istinadən xəbər verir.

Bildirilir ki, 82-ci Hava Desant Diviziyasının komandanı general-mayor Brendon Teqtmayerə və onun idarəetmə qrupuna – qərargah əməkdaşlarına Yaxın Şərqə köçürülməyə başlamaq göstərişi verilib.