ABŞ ordusu Husi silahlı qruplaşmasına məxsus iki pilotsuz təyyarəni özünümüdafiə məqsədilə zərərsizləşdirib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində məlumat yayıb.
Məlumata əsasən, hücum husilərin nəzarətində olan ərazilərə həyata keçirilib.
Hələlik hücumun təfərrüatı barədə dəqiq məlumat verilməyib.