ABŞ ölkədə koronavirusun “omikron” ştammının yayılması səbəbindən karantin tətbiq etmək və məktəbləri bağlamaq praktikasına qayıtmaq niyyətində deyil.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkə prezindeti Co Bayden Ağ Evdə mətbuat konfransında çıxışı zamanı deyib.
C.Bayden qeyd edib: “Nəticədə, COVID-19 ilə bağlı indiyə qədər olduğumuzdan daha yaxşı vəziyyətdəyik, bir il əvvələ nisbətən daha yaxşı vəziyyətdəyik. Biz qapanmalara qayıtmayaq fikrində deyilik. Biz məktəbləri bağlamağı fikirləşmirik. Məktəblər açıq olmalıdır”.