ABŞ administrasiyası ölkəyə gələn bütün xarici vətəndaşlardan koronavirusa qarşı peyvənd sertifikatı tələb edə bilər.
AzerTimes-ın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin nümayəndəsi “Reuters”ə bildirib.
Bununla əlaqədar tədbirlər bir sıra ölkələrdən ABŞ-a giriş üçün mövcud məhdudiyyətlərin ləğv edilməsi ilə eyni vaxtda qüvvəyə minməlidir.
Qeyd edilir ki, bu tədbirlər bütün xarici vətəndaşlara şamil ediləcək.