ABŞ Nevada ştatındakı nüvə poliqonunda subkritik sınaq keçirib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi yanında Milli Nüvə Təhlükəsizliyi İdarəsi (NNSA) məlumat yayıb.
“Təcrübə planlaşdırıldığı kimi, moratoriuma uyğun olaraq həyata keçirilib. Sınaq öz-özünə davam edən superkritik zəncirvari reaksiya yaratmadı”, – deyə bildirilib.
Məlumata görə, sınaq mayın 14-ü baş tutub.