ABŞ nüvə ilə bağlı məxfiliyini ləğv etdi

ABŞ nüvə ilə bağlı məxfiliyini ləğv etdi

ABŞ özünün strateji nüvə silahlarına dair cari məlumatların məxfiliyini ləğv edib.

AzerTimes xəbər verir ki, bu barədə Milli Nüvə Təhlükəsizliyi Agentliyinin 2023-cü ilin sentyabr ayına olan məlumatında deyilir.

Məlumata görə, ABŞ-ın strateji qüvvələrini təchiz etmək üçün nəzərdə tutulmuş 3748 nüvə başlığı var. Hesabatda 1994-cü ildən 2023-cü ilə qədər ABŞ-ın 12 088 nüvə başlığını sıradan çıxardığı məlum olub.

Sonuncu dəfə ABŞ oxşar məlumatı 2021-ci ilin oktyabrında dərc edib. O vaxt onların 3750 nüvə başlığı var idi.

Teqlər: