Rusiya hərbi planlamasında ABŞ-ın Avropa ölkələrində yerləşdirdiyi nüvə bombalarının modernləşdirilməsini nəzərə alacaq və təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görəcək.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
“Biz nüvə silahlarının modernləşdirilməsi planlarını, Avropadakı bombaları görməyə bilmərik. ABŞ onları modernləşdirir, dəqiqliyini artırır”, – diplomat bildirib.