ABŞ-da nüvə silahı daşıya bilən yeni B-21 “Rayder” bombardmançısının ilk sınaq uçuşu keçirilib.
AzerTimes xəbər verir ki, bu barədə “Assoşeyted Press” agentliyi məlumat yayıb.
“Northrop Grumman” şirkətinin hazırladığı bombardmançı Kaliforniya ştatının Palmdeyl şəhərində sınaqdan keçirilib.
Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələri gələcəkdə 100 belə təyyarə istehsal etmək niyyətindədir. Lakin yeni təyyarələrdə qabaqcıl materiallardan, güc qurğularından və stels texnologiyalardan istifadə olunacaq ki, bu da bombardmançıların gələcək münaqişələrdə sağ qalmasını təmin edəcək.
Təyyarənin pilotlu və pilotsuz varintlarının da istehsalı planlaşdırılır.