ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi Prezidentə Tiktok sosial media tətbiqini, eləcə də hər hansı digər tətbiqləri qadağan etmək səlahiyyəti verən qanun layihəsini dəstəkləyib.
AzerTimes xəbər verir ki, qanun layihəsini 24 konqresmen dəstəkləyib, 16-sı isə əleyhinə çıxıb.
Qanun layihəsi bu ayın əvvəlində Nümayəndələr Palatasının geniş iclasında səsə qoyulmalıdır.