ABŞ nümayəndə heyəti Türkiyəyə gəlir

ABŞ nümayəndə heyəti Türkiyəyə gəlir

ABŞ Konqresinin Nümayəndələr Palatasının nümayəndə heyəti martın 29-da Ankaraya səfər edəcək və Türkiyə Milli Müdafiə Nazirliyində danışıqlar aparacaq.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, milli müdafiə naziri Yaşar Gülər Amerika nümayəndə heyətini qəbul edəcək.

Danışıqların gündəliyində Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 hərbi təyyarələri parkının tədarükü və modernləşdirilməsi yer alıb.

“Türkiyə tərəfi ABŞ Konqresinin gündəliyində yer alan silah tədarükü layihələri fonunda Ankaranın milli təhlükəsizlik sahəsində prioritetlərini Vaşinqtonun diqqətinə çatdırmağı planlaşdırır”, – MMN-dən bildirilib.

Teqlər: