ABŞ-ın Dövlət katibi Entoni Blinken və Baş nazir Köməkçisi və Qətər xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani arasında telefon danışığı baş tutub.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat verib.
Danışıq zamanı digər mövzülarla birlikdə Əfqanıstanla bağlı müzakirə edilib.
“Dövlət katibi Blinken …> Qətərin xarici işlər nazirinə ABŞ ordusunun Qətər tərəfindən yerləşdirilməsinə görə təşəkkür bildirib, Qətərin Əfqanıstanda sülh prosesinin asanlaşdırılmasında verdiyi dəstəyi və Fars körfəzi [ölkələrinin] birliyinin vacibliyini müzakirə edib”, – məlumatda deyilir.