Kollektiv Qərb Ermənistanla bağlı KTMT mexanizmlərini əvəz edə biləcək öhdəliklər götürməyə hazır deyil.
AzerTimes xəbər verir ki, bu sözləri “Ermənistan” blokundan olan deputat Anna Qriqoryan erməni mediasına deyib.
“Bütün baş verənlərə əsaslanaraq məntiqli sual səslənir: Paşinyan, əgər KTMT-nin iclaslarını boykot edirsənsə, şikayət edirsənsə, antirusiya ritorikası ilə məşğul olursan, onda niyə Təşkilatı tərk etmirsən?
Bu yaxınlarda avropalı parlamentarilərdən biri bizimlə görüş zamanı dedi: “Biz ona bu sualı verdik və cavab aldıq ki, ciddi geosiyasi mərkəzlər, yəni ABŞ deyir ki, hələlik KTMT-dən çıxmağa ehtiyac yoxdur”, – Qriqoryan bildirib.