ABŞ-ın B-52 “Stratofortress” strateji bombardmançısı Polşaya çatıb.
AzerTimes xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşak bildirib.
“Polşa-ABŞ əməkdaşlığı inkişaf edir. B-52 bombardmançı təyyarəsi Polşaya gəlib. NATO-nun şərq cinahını qorumaq üçün qarşılıqlı fəaliyyət qabiliyyətimiz və imkanlarımız artır”, – Blaşak deyib.