ABŞ daxili və xarici tələbin qarşılanması üçün neft hasilatı
həcmini artıracaq.
Trend-in
məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin baş müşaviri Eymos
Hokstin Dubayda keçirilən Qlobal Enerji Forumunda deyib.
O bildirib ki, ABŞ həm daxili, həm də dünya bazarında kifayət
qədər tələbin təmin olunması üçün hasilatın artırılmasına çalışır.
Onun sözlərinə görə, ABŞ hasilatı 900 min – 1 milyon barel/sutka
artıra bilər.
ABŞ rəsmisi qeyd edib ki, Vaşinqtonla yanaşı digər ölkələr də
hasilat həcmini artırmağı planlaşdırır.
Kanada da bu il neft hasilatını artıracağını bildirib.