ABŞ NATO sammitinə ev sahibliyi edəcək

ABŞ NATO sammitinə ev sahibliyi edəcək

ABŞ 2024-cü ildə NATO sammitinə ev sahibliyi edəcək.

AzerTimes xəbər verir ki, bu barədə Polşada səfərdə olan ABŞ Prezidenti Co Bayden deyib.

“Gələn il dünya tarixinin ən güclü müdafiə alyansının 75-ci ildönümünü qeyd etmək üçün ABŞ-da keçiriləcək sammitimizdə NATO-nun hər bir üzvünü qəbul edəcəyəm”, – Ağ Ev rəhbəri bildirib.

Bayden əlavə edib ki, ABŞ NATO nizamnaməsinin 5-ci maddəsinə sadiq qalır:

“Birinə hücum hamıya hücumdur”.

Teqlər: