ABŞ NATO ölkələrinə Ukraynaya döyüş təyyarələri tədarükü üçün razılıq verib

ABŞ NATO üzvü olan ölkələrinin Ukraynaya döyüş təyyarələri
tadarükü üçün razılıq verib.

Trend xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken
bildirib.

O, NATO üzvü olan Polşanın Ukraynaya döyüş təyyarələri verə
biləcəyi ilə bağlı suala “buna yaşıl işıq yanıb”, – cavabını
verib.

ABŞ dövlət katibi onu da qeyd edib ki, Varşava Ukraynaya
təyyarələr göndərmək qərarına gələrsə, Vaşinqton polşalı qırıcıları
əvəz etmək imkanları barədə düşünə bilər.

“Hazırda polşalı dostlarımızla, onlar həqiqətən də bu döyüş
təyyarələrini Ukraynaya tədarük etmək qərarına gəldiyi təqdirdə,
onların ehtiyaclarını ödəmək üçün nə edə biləcəyimizi müzakirə
edirik”, – E. Blinken bildirib.

Teqlər: