ABŞ Müdafiə Nazirliyi NATO-nun şərq cinahını gücləndirmək üçün
beşinci nəsil F-35 qırıcılarını göndərmək qərarına gəlib.
AzerTimes-ın məlumatına görə, bu barədə Pentaqonun mətbuat
xidmətindən bildiriblər.
Bildirilib ki, regiona həmçinin AH-64 hücum helikopterləri
göndəriləcək. ABŞ departamenti əlavə qüvvələrin bu hərəkətinin
rotasiya xarakterli olduğunu qeyd edib.
Daha əvvəl ABŞ-ın İtaliyadan Baltikyanı ölkələrə 800 hərbçi
göndərəcəyi bildirilirdi.