ABŞ NATO-dan çıxacaq – Ramasvamidən şok

ABŞ NATO-dan çıxacaq – Ramasvamidən şok

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədlərdən biri Vivek Ramasvami bəyan edib ki, prezident olduqdan sonra ABŞ-ı NATO-dan çıxaracaq.

AzerTimes xəbər verir ki, bu barədə “Politiko” məlumat yayıb.

Qeyd olunur ki, Ramasvami respublikaçı tərəfdarlar arasında populyarlıq baxımından ilk dördlükdədir.

Prezidentliyə namizəd kampaniyasının sözçüsü Trişa Maklaflin alyans haqqında nə edəcəyini birbaşa şərh etməkdən imtina edib, lakin Ramasvaminin mövqeyini inkar etmədi:

“Vivek NATO müttəfiqlərinin əksəriyyətinin hərbi investisiya öhdəliklərini yerinə yetirməməsindən ciddi narahatdır və lazım gələrsə, öz dəstəyimizi nəzərdən keçirəcək.

O, həmçinin hesab edir ki, Soyuq Müharibədən sonra NATO-nun ekspansionizmi Rusiya ilə böyük münaqişə riskini əsassız olaraq artırıb”.

Teqlər: