ABŞ narahatdır: “Vaqner” Hizbullaha yardım edəcək

ABŞ narahatdır: “Vaqner” Hizbullaha yardım edəcək

ABŞ kəşfiyyatı Rusiyanın “Vaqner” özəl hərbi şirkəti ilə İsrailə qarşı vuruşan Livan Hizbullah qruplaşması arasında mümkün əməkdaşlıqdan narahatdır.

AzerTimes xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” Amerika rəsmilərinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ kəşfiyyat xidmətləri “Vaqner”in Hizbullaha SA-22 kimi tanınan Rusiyanın hava hücumundan müdafiə sistemini göndərə biləcəyi barədə məlumat alıb.

Adı açıqlanmayan ABŞ rəsmilərindən biri bildirib ki, Vaşinqton bu sistemin göndərilməsi faktını təsdiqləməyib. Lakin ABŞ “Vaqner” ilə Hizbullah arasında danışıqları izləyir və bu cür tədarüklərin mümkünlüyü böyük narahatlıq doğurur.

Nəşr vurğulayıb ki, ABŞ öz təyyarədaşıyan gəmisini Şərqi Aralıq dənizinə göndərib, bununla da Hizbullahın HƏMAS-ın İsrailə qarşı müharibəsində fəal iştirakının qarşısını almağa çalışır. Bundan əlavə, qeyd olunur ki, “Vaqner” muzdluları Suriyada da fəaliyyət göstərir, burada İran tərəfindən dəstəklənən yarımhərbi qrup olan Hizbullah üzvləri də var.

Teqlər: