ABŞ İranın Rusiyaya Ukrayna müharibəsi üçün yaxınmənzilli qabaqcıl ballistik raketlər verəcəyindən ehtiyatlanır.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
O bildirib ki, narahatlıq xüsusən sentyabr ayında Rusiya müdafiə naziri Sergey Şoyqunun Tehrana səfəri və orada “Əbabil” və “Fateh-110” ballistik raketlərinə baxış keçirməsindən sonra artıb.
Kirbi xatırladıb ki, İran bu günə qədər Rusiyaya müxtəlif təyinatlı hərbi vasitələr göndərib.