ABŞ müttəfiqləri ilə Rusiyaya ixraca məhdudiyyətlər tətbiq etmək imkanını müzakirə edir

ABŞ Avropadakı müttəfiqləri və tərəfdaşları ilə Rusiyaya ixraca məhdudiyyətlər tətbiq etmək imkanını müzakirə edir.

Trend xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Uendi Şerman təhlükəsizlik zəmanətləri üzrə Cenevrədə başa çatan Rusiya-Amerika məsləhətləşmələrinin yekunlarına dair jurnalistlər üçün xüsusi telefon brifinqində bildirib.

Onun sözlərinə görə, ABŞ ixrac nəzarəti ilə bağlı tərəfdaşlar və müttəfiqlərlə intensiv danışıqlar aparır. Şerman, həmçinin bu məsələdə irəliləmək istiqamətində ən yaxşı yolların işlənildiyini qeyd edib.

Qeyd edək ki, Uendi Şerman Rusiya və ABŞ arasında təhlükəsizlik məsələləri üzrə məsləhətləşmərdə ABŞ nümayəndə heyətinə başçılıq edir.

Teqlər: