ABŞ müharibənin ona toxunmayacağını düşünür? – Volodin

ABŞ müharibənin ona toxunmayacağını düşünür? – Volodin

Vaşinqton müharibəni son ukraynalıya qədər davam etdirərək, bunun ona toxunmayacağını düşünürsə, çox yanılır.

AzerTimes xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Teleqram kanalında yazıb.

“Ağ Ev Rusiyanın Ukraynadakı kritik infrastruktura aviazərbələri pislədiyini bildirib. Bəs Vaşinqton insanların qorxu içində yaşadığı, səkkiz ildən çox su və işıqsız qaldığı Donbasda dinc sakinlərin atəşə tutulmasını dayandırmaq üçün nə etdi? Əgər Vaşinqton son ukraynalıya qədər müharibəni davam etdirərək, bunun ona toxunmayacağını düşünür, o zaman çox yanılır”, – Volodin bildirib.

Teqlər: