ABŞ müharibə cinayəti törədir – Şoyqu

ABŞ müharibə cinayəti törədir – Şoyqu

ABŞ Kiyevə getdikcə daha çox ölümcül silahlar çatdırmaqla müharibə cinayəti törədir.

AzerTimes xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.

“Ukrayna Silahlı Qüvvələrinin Qərb tipli artilleriya sistemləri üçün artan sursat çatışmazlığı kontekstində Vaşinqton yardım paketinə beynəlxalq konvensiya ilə qadağan edilmiş kasetli sursatları daxil etməklə müharibə cinayəti törədib”, – Şoyqu bildirib.

Onun sözlərinə görə, mayda Ukraynaya uzaqmənzilli “Storm” idarəolunan raketlər verildi, hazırda isə NATO ölkələri Kiyevə F-16 qırıcılarının tədarükü məsələsi üzərində işləyirlər.

Teqlər: