ABŞ-ın Müdafiə Nazirliyi tədqiqatlar zamanı məqsədli şəkildə “Boeing”dən təkrar istifadəyə yararlı “Phantom Express (XS-1)” hipersəsə malik kosmik aparat işləyiblər.
“Qaynarinfo” xarici mətbuata istinadən bildirir ki, işçilərin sözlərinə görə, pilotsuz gəmi suborbital yüksəkliyə çatdıqdan sonra fəzaya kiçik raket buraxaraq peyki yerləşdirəcək və Yerə geri qayıdıb qalxdığı əraziyə eniş edəcək. XS-1 layihəsi Nazirliyin peyk buraxmaq üçün aylarla vaxt sərf etməsinin qarşısını alacaq. Verilən məlumata görə, kosmik təyyarənin bir neçə saat ərzində fəzaya buraxılması planlaşdırılır.
Aparatın vəzifəsi peyki suborbital yüksəkliyə qaldırmaq və daha sonra normal vəziyyətdə səthə təyyarə enişi etməkdir.