ABŞ Moskvaya məhz “Krokus”da terakt olacağını bildirib

ABŞ Moskvaya məhz “Krokus”da terakt olacağını bildirib

ABŞ “Krokus Siti Holl”da baş vermiş terror aktından iki həftədən çox əvvəl Rusiyaya xəbərdarlıq edib ki, konsert zalı potensial hücum hədəfidir.

AzerTimes xəbər verir ki, bu barədə məlumatlı Amerika rəsmilərinə istinadən “Vaşinqton Post” məlumat yayıb.

“Məlumatlar Amerikanın Moskvadakı səfirliyinin Rusiya paytaxtında mümkün terror aktı təhlükəsi barədə məlumat dərc etməsindən bir gün əvvəl Rusiyaya ötürülüb. ABŞ-ın konkret hədəfi göstərən xəbərdarlığı Vaşinqton üçün qeyri-adi idi, çünki bu addım kəşfiyyat mənbələrinin açıqlanmasına təhlükə yarada bilər”, – məlumatda deyilir.

Teqlər: