ABŞ Moskvadakı diplomatik missiyasını bağlamaq fikrində
deyil.
Trend TASS-a istinadən xəbər verir ki, bunu yerli KİV-ə
müsahibəsində ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan deyib.
“Bildirmək istəyirəm ki, ABŞ-ın Moskvadakı səfirliyini bağlamaq,
prezident Co Baydenin isə məni səfir kimi geri çağırmaq niyyəti
yoxdur”, – C.Sallivan qeyd edib.
Səfir həmçinin prezident və dövlət katibi Entoni Blinkenlə
söhbətlərdən Rusiyada diplomatik nümayəndəliyin nə qədər vacib
olduğunu yaxşı bildiyini vurğulayıb.