ABŞ Senatı Misirə ümumiilikdə 2,2 milyard dollar məbləğində “C-130 Super Hercules” hərbi-nəqliyyat təyyarələrinin satışına
razılıq verib.
Trend-in
məlumatına görə, 81 senator layihənin lehinə,18 nəfər əleyhinə səs
verib.
Qeyd edək ki, bu il yanvarın 26-da ABŞ hökuməti Misirə 12 ədəd “C-130 Super Hercules” təyyarəsinin və 3 hava hücumundan müdafiə
sisteminin tədarükü barədə qərar vermişdi.