Bu həftə ABŞ minlərlə bombanın İsrailə təhvil verilməsini təsdiqləyib.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” Bayden administrasiyasına istinadla məlumat yayıb.
Məlumata görə, paketə 200 kq-dan ağır olan MK-82, mindən çox kiçik diametrli bomba, eləcə də MK-80 bombaları üçün qoruyucular daxildir.
Bildirilib ki, bombalar İsrailə 2025-ci ildən tez verilməyəcək.