ABŞ Əfqanıstanda milli təhlükəsizliyinə təhlükə aşkar edərsə, bu
ölkəyə zərbə endirməyə hazır olacaq.
Trend “TASS”a
istinadla xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Birləşmiş
Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Millli
bildirib.
“Biz müşahidə aparırıq. Bunun necə, hansı formada, hansı
mexanizmlərin köməyi ilə aparıldığının təfərrüatlarına
varmayacağam. Əfqanıstan torpağından təhlükənin gəldiyini görsək,
müvafiq əməliyyatları keçirmək üçün imkanlarımız var”, – amerikalı
general bildirib.
Onun sözlərinə görə, Vaşinqton Əfqanıstanın terrorçular
tərəfindən ABŞ-ın kontinental hissəsinə zərbə endirəcəyi
platformaya çevrilməyəcəyini təmin etmək məqsədinə sadiq qalır.