ABŞ meri Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı bəyannamə imzalayıb

ABŞ-ın Florida ştatının Hallandeyl Biç şəhərinin meri Coy Kuper
Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar bəyannamə
imzalayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə,
Azərbaycan icmasına ünvanlanmış bəyannamədə deyilir ki, 1988-ci
ildə Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüz və
etnik təmizləmə siyasəti nəticəsində erməni silahlı birləşmələri
sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il
fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum ediblər və dinc
əhaliyə qarşı dəhşətli qətliam törədiblər. Nəticədə 613 nəfər, o
cümlədən 106 qadın, 63 uşaq, 70 qoca erməni hərbçiləri tərəfindən
qətlə yetirilib. Bəzi ekspertlər Xocalı faciəsini “Azərbaycan
Srebrenitsası” adlandırırlar.

Nəzərə çatdırılıb ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş
ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822,
853, 874 və 884 saylı qətnamələri qəbul edib. Azərbaycanın
suverenliyinin və ərazi bütövlüyünün BMT Baş Assambleyası, Avropa
Parlamenti, AŞPA, ATƏT, ABŞ Dövlət Departamenti və Ağ Ev tərəfindən
dəstəkləndiyi xüsusi vurğulanıb.

Coy Kuper bəyannaməni Floridada fəaliyyət göstərən Azərbaycan
diaspor təşkilatının nümayəndələrinə təqdim edib.

Teqlər: