ABŞ Meksika və Kanadadan ölkəyə girişə tətbiq edilən məhdudiyyətlərin müddətini uzadıb

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Meksika və Kanadadan ölkəyə girişə tətbiq edilən məhdudiyyətlərin müddətini iyulun 21-dək uzadıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Nazirliyin mətbuat xidmətinin “Twitter”ində bildirilib.


Məlumatda deyilir: “COVID-19-un yayılmasını azaltmaq üçün ABŞ Meksika və Kanadadan ölkəmizə vacib olmayan səyahət və bərə daşımalarına tətbiq edilən məhdudiyyətləri iyulun 21-dək uzadır”.