ABŞ Livandakı partlayışlardan xəbərdar idi? – Açıqlama

ABŞ Livandakı partlayışlardan xəbərdar idi? – Açıqlama

ABŞ Livanda rabitə qurğusunun partladılması insidentlərində iştirak etməyib və onların baş verəcəyi barədə əvvəlcədən məlumatı olmayıb.

AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib.

“Mən sizə deyə bilərəm ki, ABŞ bu işdə iştirak etmir. Birləşmiş Ştatlar bu hadisələrin baş verəcəyini əvvəlcədən bilmirdi. Vaşinqton baş verənlərlə bağlı məlumat toplayır”, – diplomat əlavə edib.

Qeyd edək ki, İsrailin Livanda rabitə qurğularına kiber müdaxiləsi nəticəsində silsilə partlayışlar baş verib, nəticədə azı 8 nəfər ölüb, 2800 nəfər xəsarət alıb.

Teqlər: