ABŞ Lavrovun bu tələbini rədd etdi – Miller

ABŞ Lavrovun bu tələbini rədd etdi – Miller

ABŞ Sergey Lavrovun Ukrayna böhranının əsas səbəblərini aradan qaldırmaq barədə tələbini rədd edib.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Lavrovun BMT TŞ-dəki çıxışını şərh edərkən danışıb.

“Rusiyanın təhlükə kimi qəbul etdiyi şey onun sərhədlərində fəaliyyət göstərən demokratiyadır. Bu isə sadəcə olaraq, legitim nəticə deyil”, – Miller bildirib.

ABŞ rəsmisi hərbi təhlükənin olmadığını, heç kimin Rusiya ərazisini işğal etməklə hədələmədiyini, ona görə də Lavrovun Qərbdən gələn təhlükə ilə bağlı fikirlərini rədd etdiklərini qeyd edib. Miller Vaşinqtonun Ukraynada ədalətli və davamlı sülhün təmin edilməsi üçün Kiyevlə işlədiyini vurğulayıb.

Qeyd edək ki, Lavrov BMT TŞ-də çıxışı zamanı Moskvanın Ukrayna münaqişəsinin əsas səbəblərini aradan qaldırmağı təklif etdiyini bildirib. O vurğulayıb ki, siyasi və diplomatik nizamlanmanın Qərb və Avro-Atlantik istiqamətdən Rusiyaya qarşı təhdidlərin ortadan götürülməsi üçün konkret addımlarla müşayiət olunması vacibdir.

Teqlər: