Rusiya ABŞ ilə kosmos və Suriya münaqişəsinin nizamlanması sahəsində əlaqələri davam etdirir.
AzerTimes xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib.
“Məndən soruşa bilərsiniz ki, Rusiya-ABŞ münasibətlərində nə qalıb? Cavab verəcəyəm: Bu, kosmos sahəsində əməkdaşlıqdır, təəssüf ki, strateji hücum silahlarının məhdudlaşdırılmasına dair müqavilə ilə bağlı vəziyyət “yarı canlı”dır. Biz Suriyada münaqişənin aradan qaldırılması ilə bağlı da əlaqələr saxlayırıq”, – səfir qeyd edib.