Polşa ilə ABŞ hökuməti arasında AIM-120C raketinin tədarükü ilə bağlı müqavilə imzalanıb.
AzerTimes xəbər verir ki, bu barədə Polşanın Silahlanma Agentliyi məlumat yayıb.
“Müdafiə Agentliyi ABŞ hökuməti ilə bir neçə yüz AIM-120C raketinin tədarükü ilə bağlı müqavilə imzalayıb”, – məlumatda bildirilib.
Qeyd olunub ki, müqavilənin dəyəri təxminən 850 milyon dollar təşkil edəcək.