ABŞ-la müzakirə masasına qayıtmalıyıq – İraq

ABŞ-la müzakirə masasına qayıtmalıyıq – İraq

İraq və ABŞ koalisiya qüvvələrinin ölkədəki gələcəyi ilə bağlı danışıqlar masasına yenidən qayıtmalıdır.

AzerTimes xəbər verir ki, bu barədə İraq xarici işlər naziri Fuad Hüseyn ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı deyib.

“Bağdad bu hücumlara qarşıdır. İraq rəqib ölkələr arasında hesablaşma meydanına çevrilməməlidir”, – o bildirib.

Qeyd edək ki, iki ölkə arasında danışıqlar yanvarın sonundan başlasa da ABŞ-ın İordaniyadakı bazasına edilən PUA hücumu nəticəsində 3 hərbçinin ölümündən sonra danışıqlar dayandırılıb.

Teqlər: