Rusiyanın ABŞ-la strateji təhlükəsizlik sahəsində müzakirə edəcəyi heç nə yoxdur.
AzerTimes xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
O vurğulayıb ki, Rusiya START müqaviləsində nəzərdə tutulan silah növləri üzrə limitə sadiqdir, lakin yoxlamalar ola bilməz:
“Üstəlik, artıq ukraynalıların strateji obyektlərimizi uzaqmənzilli silahlardan atəşə tutması halları olub ki, amerikalılar onların modernləşdirilməsinə kömək etməsəydilər, bu obyektlərə çata bilməzdilər”.