ABŞ-la münasibətləri bərpa etməyə hazırıq – Kobaxidze

ABŞ-la münasibətləri bərpa etməyə hazırıq – Kobaxidze

Donald Trampın andiçmə mərasimindən sonra Gürcüstan ABŞ-la münasibətləri bərpa etməyə hazırdır.

AzerTimes xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

“Biz ABŞ-la münasibətləri əhəmiyyətli dərəcədə bərpa etməyə və strateji münasibətləri sıfırdan yeniləməyə hazır olduğumuzu bir daha təsdiqləyə bilərik. Ümid edirik ki, bu istiqamətdə mühüm uğurlarımız olacaq”, – Kobaxidze bildirib.

Onun sözlərinə görə, son dörd il bütün dünya üçün çətin keçib və Gürcüstanda dörd inqilab cəhdi olub.

Teqlər: