ABŞ-la gərginliyi azaltmağa çalışırıq – İran

ABŞ-la gərginliyi azaltmağa çalışırıq – İran

İran ABŞ və Avropa ölkələri ilə münasibətlərdəki gərginliyi azaltmağı hədəfləyir.

AzerTimes xəbər verir ki, bunu İranın yeni xarici işlər naziri Abbas Arakçı bildirib.

Nazir Qərbin sanksiyaları aradan qaldıracağını və nüvə sazişini bərpa edəcəyini gözlədiyini vurğulayıb:

“Parlamentdəki çıxışımda söylədim ki, ölkənin fundamental prinsiplərinə hörmətlə yanaşılmaqla, ciddi, məqsədyönlü və zaman məhdudiyyətli danışıqlarla sanksiyaların, xüsusən də birtərəfli sanksiyaların ləğvinə nail olmaq çox vacibdir”.

Teqlər: