ABŞ administrasiyası BMT Təhlükəsizlik Şurası tərəfindən KXDR-yə
qarşı əlavə sanksiyaların tətbiqinə nail olmaq niyyətindədir.
Trend xəbər verir ki, bu barədə ABŞ-ın BMT yanındakı daimi
nümayəndəsi Linda Tomas-Qrinfild brifinq zamanı deyib.
“Biz, əlbəttə ki, [yeni sanksiyaların tətbiqinə nail omağa
çalışacağıq]. Biz ilk növbədə mövcud sanksiyaları
gücləndirməliyik”, – deyə L.Tomas-Qrinfild bildirib.
Daimi nümayəndə qeyd edib ki, ABŞ son qətnamədə də etməyə
çalışdığı kimi, əlavə sanksiyaların tətbiqində israrlıdır.
L.Tomas-Qrinfild ABŞ-ın Rusiya Federasiyası və Çinin daha əvvəl
veto qoyduğu qətnamə layihəsini nəzərdə tutub.