ABŞ administrasiyası eks-prezident Donald Trampın dövründə
Kubaya uçuşlara qoyulan məhdudiyyətləri aradan qaldırıb.
Trend xəbər
verir ki, bu barədə ölkənin nəqliyyat nazirliyi məlumat yayıb.
Bildirilir ki, müvafiq qərara əsasən, ABŞ Nəqliyyat Nazirliyi
Dövlət Departamentinin xahişi ilə Kuba ilə müəyyən növ hava
əlaqəsini məhdudlaşdıran əvvəlki tədbirləri ləğv edilir.
Qeyd edək ki, 2019 və 2020-ci illərdə qəbul edilmiş
məhdudiyyətlər ABŞ və Kuba arasında müntəzəm və çarter reyslərinə
şamil edilir.