ABŞ Maliyyə Nazirliyi Kubaya qarşı sanksiyaların bir qismini ləğv edib.
AzerTimes xəbər verir ki, qurum Kubaya qrup və təhsil səyahəti, konfranslarda iştirak etmək üçün ölkəyə səfərlərə icazə verib, həmçinin qohumlar arasında pul köçürmələrinə məhdudiyyəti ləğv edib.
Qeyd edək ki, Vaşinqton bundan öncə Kubaya tətbiq edilən sanksiyaların bir hissəsinin ləğv ediləcəyini açıqlamışdı.