ABŞ Kremllə razılaşıb, qoşunlarını çıxaracaq

ABŞ Kremllə razılaşıb, qoşunlarını çıxaracaq

Bu yaxınlarda məlum olub ki, Vaşinqton qoşunlarını İraq və Suriyadan çıxarmağı planlaşdırır. Bu, Ukraynada müharibənin dayandırılması şərtləri ilə bağlı Moskva ilə sövdələşmənin bir hissəsi ola bilər.

AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi-siyasi şərhçi Dilan Malyasov deyib.

O qeyd edib ki, amerikalılar hələlik qoşunların çıxarılması ilə bağlı yekun qərar qəbul etməyiblər:

“Lakin ABŞ Müdafiə Nazirliyi, eləcə də Dövlət Departamentindəki dörd mənbə bildirib ki, Ağ Ev artıq İraq və Suriyadakı missiyalarını dəstəkləməyə sərmayə qoymur. Bunu Vaşinqtonun İranla qarşıdurmanı azaltması, Kremlə Ukraynada müharibəyə son qoymaq üçün danışıqlara hazır olması barədə işarə kimi başa düşməyə dəyər”.

Malyasov Moskva və Vaşinqton arasında potensial razılaşma üçün Karib dənizi raket böhranının həllini misal gətirir:

“ABŞ öz raketlərini Türkiyədən, SSRİ isə Kubadan çıxarmağa razı oldu. Həmçinin Amerika qoşunlarının Suriyadan çıxarılması Moskva ilə mümkün danışıqlar çərçivəsində nəzərdən keçirilə bilər. Moskva uzun müddətdir ki, Vaşinqtonun Suriya və regionda təsirini azaltmağa çalışır”.

Qeyd edək ki, Pentaqon İraqdan ABŞ ordusunun çıxarılmasının müzakirə edilmədiyini bildirib.

Teqlər: