Qərb mətbuatını oxuyanlarda belə bir fikir formalaşa bilər ki, Rusiyanın və onun rəhbərliyinin “problemi” həll olunandan sonra Qərb Türkiyəyə üz tutacaq. Loru dillə desək, “ABŞ Kreml ilə işini bitirib, Ankaraya keçəcək”…
AzerTimes xəbər verir ki, bu fikirləri rusiyalı politoloq, Türkiyənin Öyrənilməsi Mərkəzinin direktoru Yuri Mavaşov bildirib.
“Həqiqətən də Qərb mətbuatını izləyəndə insan məhz belə düşünür. Amma bu, çox güman ki, sadəcə, arzu olunanları gerçək kimi təqdim etməkdir. Əslində ABŞ elitasının müəyyən qismini həqiqətən də Türkiyə Respublikasının yürütdüyü müstəqil kurs qane etmir. ABŞ-ı Türkiyənin dostu adlandırmaq olmaz, lakin mütləq düşmən də demək düz deyil. Ankara böyük giosiyasətdə güclü oyunçu olduqca Qərb narazı olacaq”, – deyə o qeyd edib.