ABŞ koronavirusun müalicəsi üçün təsdiqlənən Remdesivir dərmanının üç aylıq ehtiyatını satın alıb.
“Onlar praktiki olaraq preparatın, demək olar ki, əksəriyyətini satın alıblar. Avropa üçün heç nə qalmayıb”, – deyə Liverpul universitetinin elmi əməkdaşı Endryu Hill bildirib.
Bu o deməkdir ki, yaxın zamanlarda heç bir ölkə lazım olan qədər preparat ala bilməyəcək.
Qeyd edək ki, Remdesivir dərmanını qəbul edən koronavirus xəstəsi 4 günə sağalır. Bir pasiyentə lazım olan dərman kursunun məbləği isə 2 min dollardan çoxdur.