Oman körfəzində İran tərəfindən Yəmən husilərinə göndərilən 2100 ədəd avtomat silahın olduğu gəmi ələ keçirilib.
AzerTimes xəbər verir ki, bunu Yaxın Şərq sularında yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının sözçüsü Timoti Hokins deyib.
O bildirib ki, silahlar “Kalaşnikov” avtomatlarına bənzəyir və ayrı-ayrılıqda yaşıl brezentlərə bükülü olub:
“Keçmişdə bölgə sularında ələ keçirilən oxşar avtomatlar İran tərəfindən Yəməndə husi üsyançılarına göndərilən silahların oxşarıdır və bu, Tehranın husilərə davamlı silah yardımının bir hissəsidir”.